Mourinyo Dalotu istəyir
"Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"in futbolçusu Dioqo Dalotu heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Migel Serrano məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisinin dəyəri "Transfermarkt" portalına görə, 30 milyon avrodur.
Qeyd edək ki, D.Dalot bu mövsüm meydana çıxdığı 36 matçda 1 qol, 3 asistlə yadda qalıb.