Mourinyo PSJ-yə keçə bilər
"Mançester Yunayted"in baş məşqçisi Jose Mourinyo karyerasını Fransada davam etdirə bilər. SportLine.az "Sun" nəşrinə istinadən xəbər verir ki, PSJ klubu mütəxəssislə danışıqlar aparır.
Unay Emerinin rəhbərliyi ilə heyəti xeyli gücləndirən paytaxt klubunun rəhbərliyi, bu dəfə baş məşqçi vəzifəsində dəyişiklik etməyə hazırlaşır.
Məlumata görə, portuqaliyalı mütəxəssis də Parisə köçməyə hazırdır. Tərəflərin danışıqları cari mövsümün sonunda yekunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "qırmızı şeytanlar"ı çalışdırır.