"Mourinyonun Ronaldu və ya Messi kimi oyunçuya ehtiyacı var"

"Mançester Yunayted"in Çempionlar Liqasını qazanması üçün Ronaldu və ya Messi kimi superulduza ehtiyacı var". SportLine.az xəbər verir ki, bu sözləri "qırmızı şeytanlar"ın sabiq futbolçusu Rio Ferdinand "BT Sport"a açıqlamasında deyib.

Ötən gün CSKA (Moskva) ilə görüşdə qazanılan qələbəyə münasibət bildirən veteran müdafiəçi, "Komandanın sürəti və oyun keyfiyyəti artıb. Futbolçular hər oyunda qələbə qazanmağa qadirdirlər. Ancaq Çempionlar Liqası kimi yarışda qalib olmaq üçün bu heyət Mourinyoya kifayət deyil", - deyə bildirib.

R.Ferdinand fikrini belə əsaslandırıb: "Real"a nəzər yetirsəniz, görürəsiniz ki, onların heyətində Ronaldu və İsko kimi ulduz futbolçular var və belə futbolçuların hesabına Madrid təmsilçisi son illərdə uğurlar əldə edir. Eləcə də, "Barselona" Messi və Neymar kimi superulduzların gücü ilə kuboklar qazanıb".

Veteran futbolçu "Mançester Yunayted"in də belə futbolçularla güclənə biləcəyini deyib: "Bu mövsüm indiki heyət üçün əla təcrübə olacaq. Ola bilsin, bu heyətdən kimsə superulduza çevrilsin. Amma eyni vaxtda rəhbərlik komanda üçün aparıcı futbolçu axtarışında olmalıdır".