Mövsümdə 7-ci debüt

“Zirə”nin heyətində “Keşlə” ilə səfər matçına (2:0) start heyətində çıxan Coşqun Diniyev ilk dəfə komandanın formasını geyinib.

Sportline.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Bakı təmsilçisində 2021/2022 mövsümdə 7-ci debütdür.

Qeyd edək ki, Coşqunun qardaşı Kərim də Premyer Liqada “Zirə” forması geyinib. Diniyevlər Premyer Liqada Bakı klubunun formasını geyinən ilk qardaşlardır.