Moyze Kinin sərbəst qalma məbləği bəlli olub

"Fiorentina" italiyalı hücumçusu Moyze Kinin sərbəst qalma məbləğini açıqlayıb.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvardın transfer qiyməti 52 milyon avrodur.

Moyze Kinlə "Mançester Yunayted" yaxından maraqlanır.

İngiltərə klubunun rəhbərliyi təcrübəli futbolçu üçün rəsmi təklif göndərəcək.