Muarem "Aktobe"dən ayrıldı

"Qarabağ"ın sabiq üzvü Muarem Muarem şərəfini qoruduğu "Aktobe" ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, bu barədə Qazaxıstan klubu məlumat yayıb.

Xəbərdə Muarem, həmçinin Kristian Kolçak, Jeremi Foq-Porrye, Duşan Saviç və Marko Obradoviçlə müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğu bildirilib. Adıçəkilən futbolçuların komandanın düşərgəsindən artıq ayrıldığı deyilir.

Qeyd edək ki, 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinmiş Muarem Muarem Ağdam klubunun heyətində 4 dəfə Azərbaycan çempionu adını qazanıb.