Mundiala 4 vəsiqə qaldı
DÇ-2018-in iştirakçılarının tam siyahısı müəyyənləşməkdədir. SportLine.az xəbər verir ki, artıq 28 iştirakçının adı dəqiqləşib:
AVROPA: Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya;
CƏNUBİ AMERİKA: Argentina, Braziliya, Kolumbiya, Uruqvay;
ŞİMALİ VƏ MƏRKƏZİ AMERİKA: Kosta-Rika, Meksika, Panama;
ASİYA: İran, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya;
AFRİKA: Misir, Nigeriya, Seneqal, Tunis, Mərakeş.
Qalan 4 vəsiqənin sahibi isə növbəti "pley-off" görüşlərindən sonra müəyyənləşəcək:
13 noyabr. İtaliya – İsveç (ilk oyun: 0:1)
14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)