Mussa komandasını dəyişdi
"Tottenhem"in yarımmüdafiəçisi Mussa Sissoko "Uotford"a keçib.
Sportline.az klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm meydana çıxdığı 42 oyunda 1 qol vurub, 1 qolun ötürməsini verib.