Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: Mingəçevir reqatasında təşkilatçılıq idealdır
"Bu turnirdə olmaq mənim üçün böyük şərəfdir. İnanmazdım ki, nə vaxtsa bu cür yarışı canlı izləmək şansı qazanacağam".
Sportline.az xəbər verir ki, bu sözləri Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub ilk dəfə işğaldan azad olunmuş Füzuli şəhərində təşkil edilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycana səfər etdiyi üçün xoşbəxt olduğunu bildirib: "İndiyədək 100-ə yaxın ölkədə olmuşam. Amma Azərbaycan Milli Olimpiya Komitəsi ilə dövlət arasında bu cür sıx əlaqəni başqa yerdə görməmişəm. Buna görə hər iki tərəfə təşəkkür edirəm".
Qonaq təşkilatçılıqdan razı qaldığını söyləyib: "Hər şey idealdır. Azərbaycandan Afrika ölkələrinə ötürmək istədiyim əsas mesaj sülh və əmin-amanlıqdır. İdman insanları birgə əməkdaşlığa dəvət edən sahədir".
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.