Namik Ələsgərovun son durumu
Azərbaycan millisinin üzvü Namik Ələskərov “Bursaspor”da tibbi müayinədən keçib.
Sportline.az xəbər verir ki, millinin düşərgəsində zədələnən 27 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğu müəyyənləşib.
Ələskərovun Türkiyə 1-ci liqasının 30-cu turunda “Keçiörengücü” ilə matçda iştirak edəcəyi gözlənilir.
Sabah keçiriləcək “Keçiörengücü” – “Bursaspor” oyunu saat 14:30-da başlanacaq.