Namik Ələskərov "Bursaspor"da mövsümün son oyununa çıxmayacaq

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında cari mövsümünün sonuncu - XXXVIII tur matçına çıxmayacaq.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqlərə qatılmadığından "Menemenspor"a qarşı görüşdə iştirak etməyəcək. Onunla yanaşı, komandadakı digər legionerlər və bir çox əsas heyət üzvü də mövsümün son matçını buraxacaq.

Bursa təmsilçisinin meydana əsasən U-19 və U-17 komandasının futbolçularından ibarət heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə yollar ayrılacaq.