Namik Ələskərovun "Bursaspor"da debütü

Millimizin üzvü Namiq Ələskərov Türkiyə 1-ci liqasında debüt edib.

Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu “Bursaspor”da ilk matçına çıxıb.

3-cü turda “Eyüpspor”la keçirilən qarşılaşmanın start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib. Görüş "Bursasspor"un məğlubiyyəti ilə başa çatıb - 0:2.

Qeyd edək ki, Namiq Ələskərov bu ay "Neftçi"dən ayrılaraq "Bursaspor"la 2 illik müqavilə imzalayıb.