Namik oynadı, "Bursaspor" 3 qolla qalib gəldi
Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Manisaspor"la qarşılaşıb.
Oyun Bursa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Namik 46-cı dəqiqədə - hesab 1:1 olanda əvəzlənib.
"Bursaspor" bu nəticədən sonra 38 xalla 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Ələskərov "Bursaspor"da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən məhsuldar oyunçusudur.