Namik Ələsgərovun komandasında yeni transferlər

"Bursaspor" heyətini 4 yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Türkiyə I Liqa təmsilçisi "Pasuş Fereyra"dan Joao Pedro, "Qaziantep"dən Enver Cenk Şahin, Yusuf Türk və Çinin "Şenjen"  klubundan qanalı futbolçu Tivi Bifumanı heyətinə qatıb.

Pedro mərkəz hücumçusu, digərləri isə cinah oyunçusudur.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov da "Bursaspor"un formasını geyinir.