Namikin qolu “Bursaspor”u xilas etmədi

Millimizin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" Türkiyənin 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda 32-ci turda səfərdə "İstanbulspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Namik də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və sonadək mübarizə aparıb. "Bursaspor"un yeganə qolunu da 27 yaşlı yarımmüdafiəçimiz vurub. Namik 7-ci dəqiqədə hesabı açıb.  Bu, Ələskərovun Bursa təmsilçisində 5-ci qoludur.

Qeyd edək ki, "Bursaspor" turnir cədvəlində 31 xalla 18-ci, "İstanbulspor" isə 54 xalla 4-cüdür. 

"İstanbulspor" - "Bursaspor" - 3:1

Qollar: Yazqan, 34, Etemi, 68, Topalli, 90+5 - N. Ələskərov, 7