Namiq Ələsgərov 7 nömrəli forma geyinəcək

“Bursaspor”a keçən azərbaycanlı futbolçu Namik Ələskərov yeni komandasında ilk məşqinə çıxıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bursa təmsilçisinin 1-ci liqanın ilk turunda “Adanaspor”a qarşı keçirəcəyi oyundan öncə son hazırlığında iştirak edib. Namik “Bursaspor”da 7 nörməli formada mübarizə aparacaq.

Qeyd edk ki, “Bursaspor” – “Adanaspor” matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.