Namiq Ələsgərovun klubunda ayrılıq
Türkiyə I Liqa klubu "Bursaspor"da gözlənilməz ayrılıq yaşanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi klubun idarə heyətinin rəhbəri, vitse-prezident Emin Adanur postundan istefa verib.
Bu haqda o, açıqlama ilə çıxış edib: "Bu yola bərabər çıxdığım hər kəsə, "Bursaspor"un prezidenti kimi müqəddəs bir vəzifəni qəbul edən Hayrettin Gülgülərə, idarə heyətinin üzvlərinə və başda Tamer Tuna olmaqla, komandasına təşəkkür edirəm. O, “Bursaspor” üçün çox yaxşı fürsət idi, amma təəssüf ki, mənimlə olmadı. Haqqınızı halal edin".
Türkiyə mətbuatı baş məşqçi Tamer Tuna və idman direktoru Dəniz Kolqunun da istefa verdiyini iddia etsə də, sonuncu bu xəbəri təkzib edib: “Bu gün Antalyada başlayan toplanışdayıq, yəni vəzifəmizin başındayıq. Belə vəziyyətdə "Bursaspor"dan ayrılmaq fikrində deyilik. Tamer bəylə baş verənləri öz aramızda müzakirə etdik. O, “Bursaspor"u belə bir vəziyyətdə tək qoymayacağını dedi. “Bursaspor”un formasını geyinən məsuliyyətli insanlar olaraq hazırda düşərgədə komandaya rəhbərlik edirik. Azarkeşlərimiz narahat olmasın".