Namiq Ələskərovun transferi reallaşır
"Neftçi"nin futbolçusu Namiq Ələskərovun Türkiyənin "Bursaspor" klubuna keçidi bu gün rəsmiləşə bilər.
Sportline.az "bursa.com" saytına istinadən xəbər verir ki, bu gün Bursaya yollanacaq 26 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.
Yunanıstan "Olimpiakos"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) zədələnən Azərbaycan millisinin üzvünün matçlara bir müddət maska ilə çıxacağı bildirilib. Bunun üçün İstanbuldan xüsusi maska sifariş olunub.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.