Namiq Ələskərov Polşa klublarının hədəfində

Millimizin yarımmüdafiəçisi Namiq Ələskərov karyerasını Polşada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 

Bildirilir ki, onunla “Varta Poznan”, “Zaqlenbe” və “Qurnik” klubları yaxından maraqlanır. 

Ələskərov ötən mövsüm meydana çıxdığı 26 oyunda 19 qol vurub. Elə bu mövsümə də pis başlamayan futbolçu ilə maraqlanan klubların sayı artmaqdadır.

Qeyd edək ki, Namik Ələskərovun “Neftçi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.