"Napoli" "Barselona"ya 30 milyon avro ödəməyə hazırdır

"Napoli" "Barselona"nın yarımmüdafiəçisi Mark Kasado üçün 30 milyon avro ödəməyə hazırdır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu klubdan ayrılmaq fikrinə müsbət yanaşır.

M.Kasadonun Kataloniya təmsilçisi ilə sözləşməsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 məhsuldar ötürmə müəllifi olub.