"Napoli" "Mançester Yunayted"in "qapısını döydü"
"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Napoli"nin transfer siyahısında yer alıb.
Sportline.az "Disco Mirror" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu 21 yaşlı futbolçu üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərməyi planlaşdırır.
Qarnaço üçün İngiltərə klubu 45 milyon avro tələb edir. Futbolçu klubdan ayrılmaq fikrində qətidir. Bu səbəbdən "Napoli"nin təklifinə "hə" cavabını verəcək.