"Napoli"də ciddi itki

“Napoli”nin əsas yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissa Kamerun millisinin düşərgəsində zədələnib.

Sportline.az xəbər verir ki, kamerunlu futbolçu adi məşq zamanı zədə alıb.

Diaqnoz olaraq əzələ dartılması müəyyən edilib, buna görə də Anqissa yaxın zamanda nə klubuna, nə də milli komandaya kömək edə biləcək.