"Napoli"dən yeni transfer

"Napoli" klubu yay transfer pəncərəsi dövründə daha bir transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, "Udineze"nin italiyalı futbolçusu Lorenzo Lukka yeni mövsümdə etibarən "Napoli"də çıxış edəcək.

Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, "Napoli" Lukka üçün "Udineze"yə ümumilikdə 35 milyon avro ödəyəcək.