"Napoli"nin sabiq futbolçusu "Latsio" klubuna transfer ola bilər

"Napoli"nin sabiq futbolçusu Lorenzo İnsinye "Latsio"nun maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, 34 yaşlı sol cinah vingeri hazırda azad agent statusundadır.

İtaliyalı oyunçu "Latsio" klubuna keçməyə razılıq verib.

Bu haqda "Football İtalia" nəşri məlumat yayıb.

Qeyd edək ki, İnsinyenin son klubu "Toronto" olub.