Nataniel Braun Avropa nəhənglərinin transfer hədəfinə çevrilib
"Ayntraxt"ın almaniyalı sol cinah müdafiəçisi Nataniel Braun Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, "Mançester Siti", "Arsenal" və "Real Madrid" Braunu heyətinə qatmaq istəyir.
Bu haqda "Bild" nəşri məlumat yayıb.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 8 matçda 1 qol, 2 asistlə yadda qalıb.