Nazarov komandasına 1 xal qazandırdı

Almaniya II Bundesliqasında 21-ci turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" "Ayntraxt" (Braunşvayq) ilə üz-üzə gəlib. 

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Fasilədə sonra meydana daxil olan D.Nazarov penatidən fərqlənməklə komandasını məğlubiyyətdən qurtarıb. 

Qeyd edək ki, 21 oyundan sonra hesabında 18 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.