Nazarovun 8-ci qolu

Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Hannover" kollektivi olub. 

Doğma meydanda keçirilən oyunda son saniyələrdə həll edilib. Əsas vaxta əlavə olunan 4-cü dəqiqədə fərqlənən D.Nazarov komandasını məğlubiyyətdən qurtarıb - 2:2. Bu, D.Nazarovun mövsümdə 8-ci qoludur.