Nazir "İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyanın 20 illiyi və COP10-a hazırlıq" mövzusunda görüşdə iştirak edib
Gənclər və idman naziri, UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Ölkələrin Bürosunun sədr müavini Fərid Qayıbov Fransanın paytaxtı Parisdə "İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyanın 20 illiyi və COP10-a hazırlıq" mövzusunda tərəf ölkələrlə onlayn formatda keçirilən məlumat görüşündə iştirak edib.
Bu barədə Sportline.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir çıxışında ölkəmizin bu proseslərdə fəal iştirakını vurğulayıb, şəffaf nəzarət mexanizmlərinin gücləndirilməsi, dayanıqlı maliyyələşmə modelinin yaradılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə Konvensiyaya tərəf dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər.
Görüşdə COP10-a hazırlıq prosesi, Konvensiyanın 20 illiyinə həsr olunmuş tədbirlər planı, həmçinin maliyyələşmə, idarəetmə, monitorinq və mübahisələrin sülh yolu ilə həllinə dair təkliflər müzakirə olunub.