NBA-da 20 ildən sonra bir ilki bacardılar

NBA-də keçirilən "Minesota Timbervolfs"-"Detroit Pistons" matçı Qərb Konfersansı təmsilçisi üçün əlamətdar olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, rəqibini 106-91 hesabı ilə məğlub edən "Minesota" 2003-2004 mövsümündən bu yana ilk dəfə bir mövsümdə 50 qələbəyə çatıb.

Liqada 1989 mövsümündən çıxış edən "Timbervolfs" 5-ci dəfə normal mövsümdə 50 qələbə qazanıb.

Qeyd edək ki, matçın ən məhsuldar oyunçusu 32 xal, 1 ribaund, 2 asistlə "Detroit"dən Keyd Çunninqem olub.