NBA-da 2023/2024 mövsümünün qalibi müəyyənləşib

NBA-da mövsümə yekun vuruldu.

Sportline.az xəbər verir ki, "Boston Seltiks" seriyanın 5-ci oyununda "Dallas Mevriks"i 106-88 hesabı ilə məğlub edərək 16 il sonra çempionluq yaşayıb.(Ümumi hesab 4-1).

Görüşün ən məhsuldar basketbolçusu 31 xal, 8 ribaund, 11 asistlə Ceyson Teytum olub.

Bu nəticə ilə "Boston Seltiks" NBA-da ən çox çempion olan komanda ünvanına sahib çıxıb.(18)

"Seltiks", 1957, 1959, 1960, 1961, 1962, 1963, 1964, 1965, 1966, 1968, 1969, 1974, 1976, 1981, 1984, 1986, 2008 ve 2024-cü illərdə mövsümü qalib başa vurub.

Qeyd edək ki, "Bostondan" sonra NBA-da ən çox çempion olan komanda 17 dəfə ilə "Los-Anceles Leykers"dir.