NBA-da bu gün
Amerika Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma olub.
Günün gərgin mübarizə ilə yadda qalan görüşlərindən birində "Nyu York Niks" "İndiana Peysers"i sınağa çəkib. İlk periodda irəli çıxmağı bacaran İndiana basketbolçuları ikinci hissəni məğlub tamamlasalar da böyük fasiləyə 58-51 hesablı üstünlüklə yollanıblar. Qalan vaxtda daha inamlı təsir bağışlayan meydan sahibləri geri dönüş etməyi bacarıblar. 3-cü və 4-cü periodları xeyrinə tamamlayan Nyu York basketbolçuları görüşdən 109-105 qalib ayrılıblar. Matçın ən məhsuldar oyunçusu 40 xal ,5 ribaund , 1 asist ilə Ceyson Branson olub.
"Yuta Caz" "Filadelfiya Seventi Siksers" oyunu da maraqlı mübarizə ilə yadda qalıb. Məhsuldar alınan matçın ilk iki hissəsində təşəbbüsü əldən verməyən qonaqlar böyük fasiləyə irəlidə yollanıblar - 71-61. Vəziyyəti dəyişməyə çalışan Yuta basketbolçuları 3-cü periodu qələbə ilə başa vurublar. 32-22. Amma üstünlüyü əldən verməyən Filadelfia 4-cü periodda 34-31 qələbə qazanaraq görüşü öz xeyrinə tamamlayıb. 127-124.
Matçın ən məhsuldar oyunçusu 50 xal ,2 ribaund ,1 asistlə filadelfiyalı Tayres Maksi olub.
Günün digər oyunlarında "Boston Seltiks" doğma arenada "Los - Anceles Leykers"ə 105-114 hesabı ilə məğlub olub. "Klivlend Kavalyers" isə səfərdə "Memfiz Qrizlis"ə qalib gəlib. 108-101.