NBA-da bu gün

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında (NBA) mübarizə davam edir.

Sportline.az xəbər verir ki, gecənin ən məhsuldar oyununda "Atlanta Houks" "Los Anceles Klippers"lə münasibətləri aydınlaşdırıb. İlk period 37-28 hesabı ilə "Klippers"in xeyrinə yekunlaşıb. İkinci hissədə "Atlanta Houks" 38-29 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. 66-66. Böyük fasilədən sonra da kifayət qədər gərgin və maraqlı mübarizəyə səhnə olan oyunda qonaqlar seviniblər. 3-cü və 4-cü periodda da təşəbbüsü əldən verməyən "Los Anceles Klipper"s görüşdən 149-144 qalib ayrılıb. Matçın ən məhsuldar oyunçusu 36 xal, 2 ribaund, 5 asistlə Kauvi Leonard olub.

Azarkeşlərin maraqla gözlədiyi digər oyun "Filadelfiya Seventi Siksers"lə "Dallas Mevriks" arasında olub. Görüşə daha fəal başlayan Filadelfiya basketbolçuları ilk perioddan qələbə ilə ayrılıblar. 33-26. İkinci periodda 27-24 məğlub olmasına baxmayaraq böyük fasiləyə üstün yollanan da meydan sahibləri olub. 57-53. Amma bununla barışmayan Dallas basketbolçuları yüksək əzmkarlıq sayəsində geri dönüş etməyi bacarıblar - 118-102.

Matçın ən yaxşı basketbolçusu 23 xal, 5 ribaund, 8 asistlə Kayri İrving olub.

Günün digər oyunlarında "Şarlot" "Los - Anceles Leykers"ə 118-124, "Bruklin" "Qolden Steyt"ə 98-109 hesabı ilə uduzub.

"Klivlend" "Sakramento"nu 136-110,  "Nyur Orleans" "Toronto"nu 138-100 hesabı ilə məğlub edib.