NBA-də 1/4 finalın daha 2 iştirakçısı bəlli olub
NBA-də pley-off mərhələsi bugün keçirilən 3 oyunla davam edib
Sportline.az xəbər verir ki, seriyadakı qələbə sayını 4-ə çatdıran "Oklohoma Siti Tander" və "Denver Naqets" 1/4 finala vəsiqə qazanıblar.
"Oklohoma Siti Tander" həlledici oyunda "Nyu Orleans Pelikans"ı 97-89 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqəni təmin edib.
"Denver Naqets" "Loc Anceles Leykers"i 108-106 hesabı ilə məğlub edib.
Cütün taleyinə hələ aydınlıq gəlməyən qarşılaşmada isə "Boston Seltiks" "Mayami Hit" səfərindən qalib ayrılaraq (102-88) seriyadakı hesabı 3-1 edib.
Qeyd edək ki, bu nəticələrdən sonra 1/4 final mərhələsinin ilk cütü də artıq məlumdur: "Denver Naqets" - "Minesota Timbervolfs"