NBA-də günün nəticələri

Pley-off oyunları davam edən NBA-da bugün daha 3 oyun keçirilib

Sportline.az xəbər verir ki, "Filadelfiya Seventi Siksers" seriyanın 5-ci oyununda "Nyu York Niks"lə qarşılaşıb. Overtayma uzanan görüş filadelfiyalıların 112-106 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə seriyadakı hesab 3-2 olub.

Digər oyunda  "Klivlend Kavaliers"  "Orlando Mecik"i sınağa çəkib. Gərgin mübarizəyə səhnə olan matç "Klivlend" basketbolçularının qələbəsi ilə yekunlaşıb.104-103. Beləliklə "Klivlend" seriyadakı ümumi hesabda irəli çıxıb.3-2

Günün son matçında "Miluoki Baks" Giannis və Lillardın yoxluğunda çətin "İndiana Peysers" oyunundan qalib ayrılıb. 115-92.

Məğlubiyyətə baxmayaraq "İndiana Peyserz" seriyada üstünlüyünü davam etdirir.3-2.

Qeyd edək ki, seriyalarda 4 qələbəyə çatan komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq.