NBA-də növbəti 1/4 finalçının adına aydınlıq gəlib

NBA-də pley-off mərhələsinin oyunları bugün 2 oyunla davam edib.

Sportline.az xəbər verir ki, "Mayami Hit"i 118-84 hesabı ilə məğlub edən "Boston Seltiks" seriyadakı hesabı 4-1-ə çatdıraraq 1/4 finala yüskəlib.Matçın ən məhsuldar oyunçusu 25 xal, 6 ribaund, 2  asistlə Ceylon Braun olub.

Günün digər oyununda "Los Anceles Klippers" "Dallas Mevriks"lə üz üzə gəlib.Görüş "Dallas" basketbolçularının 123-93 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə seriyadakı hesab "Dallas"ın xeyrinə dəyişib.3-2. Matçın ən yaxşı oyunçusu 

35 xal, 7 ribaund, 10 asistlə Luka Donciç olub.

Qeyd edək ki, daha əvvəl "Oklohoma Siti Tander", "Denver Naqets" və "Minesota Timbervolfs" növbəti mərhələyə vəsiqəni təmin etmişdi.