NBA-da növbəti 1/8 finalçının adına aydınlıq gəlib

Müntəzəm mövsümün sona çatdığı NBA-də pley-in mərhələsi start götürüb.

Sportline.az xəbər verir ki, NBA-də pley-in oyunları bugün keçirilən 2 oyunlar start götürüb.

Günün ilk oyununda “Nyu Orleans Pelikans” “Los Anceles Leykers”lə qarşılaşıb.Birbaşa olaraq 1/8 final mərhələsinə vəsiqə verən matçda qələbə qazanan 110-106 hesabı ilə “Los Anceles Leykers” olub.Gecənin digər görüşündə “Sakramento Kinqs”lə “Qolden Steyr Uorriorz” münasibətləri aydınlaşdırıb.Matç 118-94 hesabı ilə “Sakramento” basketbolmçularının xeyrinə yekunlaşıb.Beləliklə “Qolden Steyt Uorriorz” mövsümü başa vurub.

Qeyd edək ki, “Nyu Orleans Pelikans” və “Sakramento Kinqs” isə 1/8 final mərhələsinə növbəti vəsiqə uğrunda qarşılaşcaqlar.Matç aprelin 20-si saat 05:30–da başlanacaq.