Rusiya komandasının baş məşqçisi açıqlması ilə diqqət mərkəzinə düşüb

Rusiya basketbol milli komandasının baş məşqçisi Zoran Lukiç maraqlı fikilər səsləndirib.

Sportline.az xəbər verir ki, “Meridian Sport” “Nijniy Novoqorod” və Rusiya millisinin baş məşqçisi Zorak Lukiçin sözlərinə bu cür yer verib.


“Bütün liqaları izləyirəm, NBA-dan başqa.NBA bir sirkdir, hansı ki, mən baxıb vaxtımı itimək istəmirəm”,-deyib.


NBA-nı daha əvvəllər də bir sıra məşqçilər tənqid ediblər.Belə fikirlərin yaranmasına səbəb orada keçirilən oyunların xarakteridir.Liqanın tənqidçiləri NBA-da müdafiə oyununa kifayət qədər diqqət yetirilmədiyini deyirlər.


Qeyd edək ki, Zoran Rusiya millisinin iyun ayında Çində 2 və ya 3 yoldaşlıq oyunu keçirəcəyini bildirib.