NBA: Yeni mövsümə 2 matçla start verilib

Bu gecə Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında 2024-25 mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, gecənin ən maraqlı görüşü Los Anceles şəhərində keçirilib. “Leykers” “Minnesota Timbervulvs”la qarşılaşıb.

“Minnesota Timbervulvs” 103:110 “Los Anceles Leykers”

Matçın ən məhsuldar basketbolçusu “Leykers”in oyunçusu Entoni Deyvis olub. 36 xal 16 ribaund 4 asist

“Minnesota”nın ən məhsuldar oyunçusu isə Entoni Edvards olub. 27 xal 6 ribaund 3 asist.

Son çempion “Boston Seltiks” isə “Nyu-York Niks”i qəbul edib.

“Nyu-York Niks” 109:132 “Boston Seltiks”

Matçın ən məhsuldar basketbolçusu “Boston Seltiks”in oyunçusu Ceyson Teytum olub. 37 xal 4 ribaund 10 asist.

“Nyu-York Niks”in ən məhsuldar oyunçusu isə Ceylon Brunson olub. 22 xal 1 ribaund 2 asist.

Qeyd edək ki, “Leykers”in əfsanə basketbolçusu Lebron Ceyms 34 dəqiqə meydanda olub. 16 xal 5 ribaund 4 asistlə yadda qalıb.