"Nə qədər ki biz burdayıq, komandamız danışılmış oyunlardan uzaq olacaq" - Qurbanov

"Qəbələ" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

SportLine.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

"Maraqlı oyun oldu. Belə oyunlar çox olmalıdı ki, çempionata maraq artsın. Bu oyunda olan səhvlərimizi analiz edəcəyik, gələcək oyunlara hazırlaşmalayıq. Hakimlərlə bağlı onu deyə bilərəm ki, onlara böyük təzyiq var. İlk qol epizodunda Fariz Yusifov köməkçiləri ilə məsləhətləşib qərar verdi. Bizimlə birgə olmayan oyunçularımızla bağlı təəssüflənmək gecdi. Reallıq budu. 

Udanda da, uduzanda da səhvlərimiz olur. Buni bilirik, normal yanaşırıq. Çempionluq uğrunda mübarizə daha da qızışdı. Son tura qədər belə davam edəcək.

Bizim "Zirə"ylə bağlı münasibətlərimizlə bağlı Rəşad Sadıqov, Anar Nəzirov yetərincə qətiyyətli çıxış etdilər, mövqe bildirdilər. "Qəbələ"də Rəşadı yaxşı tanıyanlar var, eləcə də Anarı. Məhz belələrinin bu cür danışması daha çox təəssüf doğurur. Şadam ki, həyatda Rəşad kimi dostum var. Nə qədər ki biz burdayıq, komandamız danışılmış oyunlardan uzaq olacaq. Biz düzgün yol tutmuşuq. Allah da görür. Özümüzə və rəhbərliyimizə olan hörmətimiz bizi başqa cür davranmağa qoymaz. Futbolçularımla da sizin kimi rahat danışıram.
 

12-ci oyunçu həmişə komanda üçün vacibdi. Bizim azarkeşlər də burdaydılar. Sayları az olsa da, sona qədər dəstək hiss etdik. Məğlub olduqsa, nəyisə hardasa düz etmədik. Məndə də səhv ola bilər. Amma bunu öz aramızda müzakirə edəcəyik".

Banner