"Neftçi" 4 futbolçusu ilə bağlı qərar qəbul etdi
"Neftçi" daha 4 yerli oyunçusu ilə bağlı qərarını verib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Eltun Yaqublu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Digər 3 futbolçu Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədov icarəyə veriliblər. Müqaviləyə görə Aqşin və Orxan qarşıdakı 1 ili, Təyyar isə 6 ayı "Səbail”də keçirəcəklər.
Qeyd edək ki, "Neftçi" yay fasiləsində Cavid İmamverdiyev, Mahir Şükürov, Kamal Qurbanov, Murad Ağayev, Ruzi Qiyaslı, Jairo Rodriges və Maksim Vaylo ilə vidalaşıb.