"Neftçi" bugünkü oyuna fərqli forma ilə çıxacaq

“Neftçi” klubunun futbolçuları Misli Premyer Liqasının 2-ci turu çərçivəsində “İmişli” ilə oyunda meydana “Banişevski” forması ilə çıxacaqlar.

Sportline.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Bu gün Şamaxı şəhər stadionunda keçiriləcək “İmişli” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.