"Neftçi" dayanmır: daha bir transfer...

"Neftçi" daha bir transferi ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu portuqaliyalı mərkəz müdafiəçisi Hüqo Baştu ilə müqavilə imzalayıb.

28 yaşlı futbolçunun boyu 1.88 metrdir. Yalnız Portuqaliya liqasında oynayan Baştunun son klubu "Eştoril"dir. O, bunadək "Varzim", "Braqa B", "Aruka" və "Çaves" komandalarının da şərəfini qoruyub.