"Neftçi" "Fənərbaxça"dan aşkar zəifdir"

HİK-in (Finlandiya) baş məşqçisi Toni Koskela Avropa Liqasının pley-off mərhələsində "Fənərbağça" ilə oyun öncəsi "Neftçi" ilə (2:2, 3:0) matçları xatırladıb.

Sportline.az "HS"a istinadən xəbər verir ki, o, Avroliqadan kənarlaşdırdıqları Bakı klubu ilə bağlı deyib:

"Cavab  görüşünün ilk hissəsində "Neftçi"yə qarşı bu mövsüm ən zəif oyunumuzu göstərdik. İstanbula son matçda oynayan bütün oyunçuları gətirdik. Əvvəlki rəqiblərimiz güclü komandalardır, onları müqayisə etmək çətindir. Təbii ki, “Neftçi” açıq futbol oynayan “Fənərbağça”dan aşkar zəifdir. Ancaq Türkiyə klubunun necə oynadığını bildiyimiz üçün onlara qarşı hazırlaşmaq daha asandır”.