"Neftçi" Futbol Akademiyasında yeni təyinat

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elşad Əhmədov akademiyanın koordinatoru vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2017-ci ildə “Neftçi”nin əsas komandasına rəhbərlik etmiş 51 yaşlı mütəxəssis onadək əvəzedici, U-19 və U-17 komandalarının baş məşqçisi olub. Əhmədov bundan əvvəl “Sabah” klubunda çalışıb.