"Neftçi" futbolçusunun müqaviləsinə xitam verib

"Neftçi" Alfa Konte ilə yolları ayırıb.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Syerra Leonedən olan futbolçu ilə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş A.Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.