"Neftçi" Gürcüstan təmsilçisinə uduzdu

Rusiyanın Mahaçqala şəhərində keçirilən “Caspian Cup” turnirinə start verilib. SportLine.az xəbər verir ki, ilk turda "Neftçi" Tiflidin "Dinamo" komandası ilə üz-üzə gəlib. Qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:5.

Qrupun digər oyununda “Anji” “Yunost”la heç-heçə edib - 1:1. 

Bu gün “Qəbələ” “Ramzan”la, “Neftçi” isə “Yunost”la qarşılaşacaq.

Qeyd edək ki, "Qəbələ" ilk oyununda "Rostov"a məğlub olub - 0:1.

Banner