"Neftçi" - HİK matçının vaxtı dəyişdirilib

"Neftçi" və Finlandiya HİK-i arasındakı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib.

Sportline.az xəbər verir ki, Bakıdakı qarşılaşma avqustun 5-də yox, avqustun 3-də olacaq. Cavab görüşü isə avqustun 12-də keçiriləcək.