"Neftçi" "İmişli"yə, "Qarabağ" "Sumqayıt"a qarşı

Azərbaycan Premyer Liqasında bu gün II turun oyunlarına start veriləcək.

Sportline.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "İmişli"nin qonağı olacaq.

Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.

Günün "Azərsun Arena"da keçirilən və saat 19:30-da başlaynacaq görüşündə isə ölkə çempionu "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. 

Azərbaycan Premyer Liqası

1-ci dövrə, II tur

22 avqust

17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.