"Neftçi" – "Kəpəz" matçının biletləri satışda
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Kəpəz” oyununun biletləri satışa çıxarılıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, adi biletlərin qiyməti 1, VİP yerlər üçün biletlərin dəyəri isə 5 manatdı.
Biletləri 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.
Qeyd edək ki, fevralın 18-də keçiriləcək matç saat 18:00-da başlanacaq.