"Neftçi" - "Olimpiakos" görüşünün hakimi bilindi

"Neftçi"nin Yunanıstan "Olimpiakos"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, iyulun 28-də Bakıda keçiriləcək qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Görüşün referisi Rikardo de Burqosa yan xətt hakimləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

"Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş isə iyulun 21-də Yunanıstanda olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.